Elmi Şuranın illik fəaliyyətinə həsr olunan iclas keçirilib

Bitki mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Elmi Şuranın ilin yekunlarına həsr olunmuş növbəti iclası keçirilib. İclasda institutun 2025-ci il üzrə elmi-tədqiqat fəaliyyətinin yekun nəticələri, həmçinin 2026-cı il üçün nəzərdə tutulan mövzular planı müzakirə olunub.

İclası Elmi Şuranın sədri, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq Şura üzvlərini salamlayıb və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, ötən il ərzində əldə edilmiş nailiyyətləri təhlil edərək, bu uğurların davamlılığının təmin olunması üçün qarşıdakı dövrdə kollektiv şəkildə atılacaq addımların vacibliyini vurğulayıb.

İclasın gündəliyinə uyğun olaraq çıxışlar dinlənilib. Tədqiqat ilinin yekunları barədə şöbə və laboratoriya müdirləri geniş təqdimatlarla çıxış edərək, il ərzində icra edilmiş elmi-tədqiqat işləri, əldə olunan nəticələr, tətbiqi əhəmiyyətə malik yeniliklər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər. Eyni zamanda aparılan tədqiqatların kənd təsərrüfatının inkişafına, bitki mühafizəsi və texniki bitkilər sahəsində elmi-praktik səmərəliliyin artırılmasına verdiyi töhfələr xüsusi qeyd olunub.

Müzakirələr çərçivəsində 2026-cı il üçün planlaşdırılan elmi mövzular, prioritet istiqamətlər, aktual problemlər və tədqiqatların tətbiqə yönəldilməsi məsələləri Elmi Şura üzvləri tərəfindən geniş şəkildə dəyərləndirilib, müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda institutun elmi fəaliyyətinin daha da gücləndirilməsi, tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılması, elmi nəticələrin tətbiq imkanlarının genişləndirilməsi ilə bağlı tövsiyələr verilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər