Partiya sədri Prezidenti tərbik edib
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizi ad gününüz münasibətilə Müasir Müsavat Partiyasının yüz minlik ordusu adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.
Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa işləri həyata keçirilir. Digər tərəfdən, bölgəyə Böyük Qayıdış təmin edilir, Qarabağa onun tarixi gözəlliyi və dərin mənəvi həyatı qaytarılır.
Azərbaycan beynəlxalq aləmdə üzərinə düşən öhdəlikləri yerinə yetirən ölkə kimi qəbul olunur
Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur.
Sizin bütün sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfələrini verməkdədir.
Möhtərəm cənab Prezident, əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.
Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram".
