Xüsusi təyinatlılardan Prezidentə təbrik

Xüsusi təyinatlılardan Prezidentə təbrikMüzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Ali Baş Komandan!

Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi və dövlətimiz, xalqımız tarixə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərə imza atdı. Bu il tarixi Zəfərimizin 5 illiyini qeyd etdik və əminliklə deyə bilərik ki, Böyük Qələbəmiz bundan sonra da xalqımızın əbədi qürur mənbəyi olacaq.

Hörmətli cənab Prezident!

Siz hər zaman şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərmisiniz. Sizin müdrik rəhbərliyiniz altında ölkəmiz gündən-günə inkişaf edir, beynəlxalq arenada öz sözünü qətiyyətlə deyir. Dünya liderləri ilə keçirdiyiniz görüşlər ölkəmizin nüfuzunu daha da artırır və hər birimizin qürur mənbəyinə çevrilir.

Cənab Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə Xüsusi Təyinatlılarının ehtiyatda olan qazilərinin və şəhid ailələrinin hər birinin adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və dövlətimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Bəhruz Məmməzadə:
“Xüsusi Təyinatlıların, Qazilərin, Şəhid Ailələri və Veteranların” İctimai Birliyinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər