Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə daha bir nəfər həbs edilib.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, sahibkar Ruslan Eyyubov saxlanılıb.

İş adamı Ruslan Eyyubov barəsində Binəqədi rayon Məhkəməsində daxil olan təqdimata baxılıb.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.2.1 və 213-1.2.3 cü (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı, külli miqdarda və qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Ruslan Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Xatırladaq ki, bir neçə gün öncə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, Bəylər Eyyubovun digər qardaşı oğlu Həsən Eyyubov vəzifəsindən azad edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər