İlham Əliyevin doğum ümumxaıq bayramı kimi qeyd edilir
"24 Dekabr milli dövlətçilik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan Prezident cənab İlham Əliyevin doğum günü artıq uzun illərdir ki, xalqımız tərəfindən böyük sevgi ilə, ümumxaıq bayramı kimi qeyd edir.
Heç şübhəsiz ki, üç yüz ilə yaxın tarixi olan erməni düşmənliyinin və erməni işğalının yaratmış olduğu Qarabağ problemini, milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın ağrı-acısını bütün varlığı ilə yaşayan və onların taleyüklü problemlərini həll edən Möhtərəm cənab İlham Əliyev Dövlət, Vətən və millət fədaisi kimi qədirbilən xalqımızın yaddaşlarına əbədi yazılacaqdır. Müasir dövlətimizin qurucusu, Ulu Öndərimiz Heydər Əliyev xalqımızın qan tökərək qazandığı müstəqil Dövlətimizi parçalanmaqdan xilas edərək, qüdrətli bir dövlətin əsasını qoydu".
Avrasiya.net xəbər verir ki, bunu deputat Məlahət İbrahim qızı parlamentdə çıxışı zamanı deyib.
O əlavə edib ki, möhtərəm cənab İlham Əliyev isə bu təməllər üzərində qurduğu qüdrətli və məğlubedilməz dövlətin gücü ilə dünya erməniliyini və onu dəstəkləyən dünya güclərini diz üstə çökdürərək, məğlub etdi:
"Müzəffər Ali Baş Komandanımız uzun onilliklərboyu beli bükülmüş, torpaqları əlindən alınaraq qovulmuş, məğlub Xalqı dünyaya qalib xalq kimi tanıtdı. Müzəffər Ali Baş Komandanımız özünün qəhrəman və rəşadətli Milli Ordusu ilə bayram əhval-ruhiyyəli savaşla 44 gün ərzində Respublikamızın ərazi bütövlüyünü və bir gün ərzində suverenliyini bərpa edərək, xalqımıza möhtəşəm zəfər qazandırdı. O bu zəfərlə həm də Türk millətinin, Türk Dövlətlərinin şanını və izzətini u
caltdı. O həm savaşın, həm də sülhün qalibi kimi Bölgənin savaş tarixinə son qoyaraq sülh və barış, əməkdalıq və dialoq tarixininin yol xəritəsini yazdı.
Bildiyimiz kimi, Azərbaycanın məcburi cəlb olunduğu müharibə və yerləşdiyi geosiyasi və geocoğrafi məkan, həm Ukrayna, həm də Yaxın Şərqdən daha təhlükəli və daha mürəkkəb idi.
Bu mənada bütün bunlara baxmayaraq, məhz dövlətimizin başçısının zəngin dövlətçilik təsrübəsi, müdrik siyasəti və diplomatiyası ilə, müasir qlobal çağırışları düzgün dəyərləndirməsi, əzmkarlığı və sülhsevərliyi ilə erməni təcavüzkarlığına birdəfəlik son qoyuldu və pisniyyətli qüvvələrin ölkəmizə uzanan əlləri kəsildi, Bütün bunların nəticəsidir ki, bölgəmiz sonu görünməyən müharibədən də xilas oldu. Fəxrlə deyə bilərik, ki, bugün gündən-günə gözəlləşən Qarabağ dünyanın mədəniyyət, dostluq, dialoq və sülh mərkəzinə.
Sözsüz ki, hər birimiz bu misli görünməmiş uğurların şahidiyik və bu haqda saatlarla danışa bilərik",-o qeyd edib.
