13 yaşlı qız bibisinin ərindən hamilə qaldı

qAzərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münasibətdə olan 37 yaşlı S. Abdullayev (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon məhkəməsinin hökmü ilə S.Abdullayevə 3 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, bu ilin aprel ayında rayonun kəndlərindən birində yaşayan 13 yaşlı qızın onhəftəlik hamilə olduğu məlum olub. Bundan sonra aparılan araşdırma zamanı yeniyetmə qızın bibisinin əri ilə münasibətdə olduğu müəyyənləşib.

Belə ki, o, qaynının yeniyetmə qızına onu sevdiyini və evlənəcəyini deyərək yaşadığı mənzildə əxlaqsız hərəkətlər edib. Hadisə gecə saatlarında S.Abdullayevin həyat yoldaşı və 3 övladı evdə olarkən baş verib.

Məhkəmədə yeniyetmə qız və ailə üzvləri S. Abdullayevdən şikayətçi olmadıqlarını, qohumluq münasibətinə görə onu bağışladıqlarını və həbs edilməsini istəmədiklərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər