Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlandı
Dərc olunub:
22-12-2025, 15:33
Gəncədə bıçaqlanma olub.
Hadisə şəhərin Əttarlar küçəsində baş verib. Belə ki, 2010-cu il təvəllüdlü Z.Əhmədzadə bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.Yeniyetməyə yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaqlanması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
