Bu gün 300 məhkum azadlığa çıxacaq

Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.

Nazirlikdən Avrasiya.net-ə verilən xəbərə görə. Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabrda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının icrası davam etdirilir.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.

Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.

Məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər