BMTBETİ-də hesabat iclasları keçirilib
Dərc olunub:
21-12-2025, 15:59
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda texniki şuraların hesabat iclasları keçirilib.
Avrasiya.net xəbər verir ki,iclaslar çərçivəsində Texniki Bitkilərin Seleksiyası şöbəsinin,Genetika və genefond laboratoriyasının, həmçinin, Toxumçuluq şöbəsinin cari fəaliyyət və əldə olunmuş nəticələrə dair hesabatları dinlənilmişdir.
Hesabatlarda aparılan elmi-tədqiqat işləri,seleksiya və genetik tədqiqatların nəticələri, toxumçuluq sahəsində görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.Texniki Şura üzvləri tərəfindən təqdim olunan materiallar ətraflı təhlil edilmiş,müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.
