600-dən yuxarı bal yığan 200 nəfərin nəticəsini ləğv etmişik...

İmtahanlarda texniki vasitələrdən istifadə, saxtakarlıq cəhdləri həmişə olur.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

"Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub. 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik. Həmin hadisədə təşkilatçı universitet müəllimi idi — dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir", - DİM sədri əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər