AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Bakı Avrasiya Universitetində rəsmi görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov bildirib ki, ali təhsil müəssisələrinin peşəkar ictimai birliklərlə əməkdaşlığı müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, təhsil müəssisələri ilə əmək bazarı əlaqələrinin gücləndirilməsi tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, onların ixtisaslı kadr kimi formalaşmasına xidmət edir. Rektor imzalanan memorandumun bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc çıxış edərək qurumun fəaliyyət istiqamətləri, qiymətləndirmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, peşəkar qiymətləndirici kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və Bakı Avrasiya Universiteti bu günə qədər olan əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında birgə təlimlərin, seminar və treninqlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, tələbələrin peşə təcrübələrinin təşkili, eləcə də qiymətləndirmə sahəsində bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edənlər bu əməkdaşlığın həm təhsil, həm də qiymətləndirmə sahəsinin inkişafına töhfə verəcəyini, eləcə də ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildiriblər.

Görüşün sonunda Bakı Avrasiya Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, sənəd AQC ilə BAAU arasında uzunmüddətli və sistemli əməkdaşlığın qurulmasını, qarşılıqlı fəaliyyətin institusional əsasda davam etdirilməsini nəzərdə tutur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər