Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Dərc olunub:
19-12-2025, 14:37
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Beyləqan rayonunda kanalizasiya quyusuna düşən azyaşlı ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, rayonun Tatalılar kənd sakini, 4 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində qazılan təsərrüfat quyusuna düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
