Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Dərc olunub:
18-12-2025, 12:50
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
“Qafqazinfo” xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.
Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.
Bildirilib ki, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fotoda: Mübariz Nağıyev
Fotoda: Elmar Əliyev
