Qəfil vəfat edən Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış
Dərc olunub:
18-12-2025, 07:23
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib.
Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi.
Qeyd edək ki, 18 yaşlı Müşfiq 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırmış.
Belə ki, M.Mirəlioğlu 1991, 2009-cu illərdə ardıcıl olaraq oğulları Müşfiq və Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib.
