Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olunduAzərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin RR Caspi MMC-nin işçiləri olduğu bildirilir.

İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də RR Caspi MMC-yə məxsus olduğu bildirilir.

Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.

İş üzrə həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.

İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər