Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Azərbaycan mətbuatının yaranmasından 150 il ötür. Bildiyimiz kimi Azərbaycanda milli mətbuatın əsası 1875-ci il 22 iyul tarixində “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulmuşdur. Aradan keçən müddət ərzində Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yolu keçmişdir. Müxtəlif dövrlərdə tarixin ağır sınaqlarından uğurla çıxan milli mətbuatımız ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuş oldu.
Bildiyimiz kimi 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin başı üzərini qara buludlar almış və mövcud vəziyyət bütün sahələr kimi milli mətbuatımızın inkişafına əngəl yaradırdı. Məhz xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli dəyərlərimizi məhv olmaqdan növbəti dəfə xilas etdi. Milli mətbuatın demokratiyanın fundemental şərti olduğunu dərindən anlayan Ümummilli Lider Heydər Əliyev həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bütün sahələrdə olduğu kimi mətbuatımızın inkişafında da yeni mərhələnin başlanğıcını qoydu. Bu gün əminliklə deyə bilərik ki, müasir Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Hər birimizə məlumdur ki, bütün demokratik cəmiyyətlərdə söz azadlığı müstəsna rol oynayır və xalqların inkişafında təməl daşıdır. Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Bütün bunların fonunda Azərbaycan dövləti də bu prinsipləri rəhbər tutaraq milli mətbuatın inkişafına hərtərəfli dəstək göstərir. Hazırda Azərbaycanda azad sözün inkişafı və milli mətbuatımızın müasir standartlar səviyyəsinə qaldırılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” deyən Ulu Öndər Heydər Əliyev bu istiqamətdə genişmiqyaslı islahatlara imza ataraq müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Ulu Öndərimiz tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının yaradılmasını təmin edib. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasına yol açıb. Sevindirici haldır ki, hazırda Azərbaycan mətbuatı dünyada özünə layiqli yer tuta bilmişdir.
Son xəbərlər
