star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azər Allahverənov Kürdəxanı və Zabrat qəsəbələrinin vətəndaşları ilə görüşüb

16 iyul 2025-ci il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib. Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.

Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər – sosial rifah, yol hərəkətinin təşkili və tənzimlənməsi, xüsusilə də bəzi küçə və prospektlərdə qoşa xəttin qırıq-qırıq xəttlə əvəz olunması, eləcə də infrastrukturla bağlı mövcud çətinliklərin aradan qaldırılması ətrafında geniş müzakirələr aparılıb.

Millət vəkili Azər Allahverənov Kürdəxanı Bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birlikdə sakinləri narahat edən cari məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparıb, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün konkret addımlar müəyyənləşdirib.

Eyni gündə millət vəkili Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 21 nömrəli şəhər poliklinikasına səfər edib, tibb müəssisəsinin ümumi vəziyyəti ilə yerində tanış olub. Müəyyən edilib ki, poliklinika əsaslı təmir olunmalıdır.
Millət vəkili Azər Allahverənov vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərlə bağlı qısa müddət ərzində müvafiq qurumlara deputat sorğusunun göndəriləcəyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər