Goranboyda kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu
Dərc olunub:
16-07-2025, 10:37
Goranboy rayonunda kütləvi dava olub.
Hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.
Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.