Sabirabadda qadın ərini bıçaqladı
Dərc olunub:
16-07-2025, 09:54
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Mirzə Mehman oğlu Musayev sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.