Deputat ailəsi ilə Ağdama köçmək istəyir
Dərc olunub:
14-07-2025, 13:42
Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib.
Avrasiya.net "Report"a istinadən xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb.
O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək.
“Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, - o vurğulayıb.