YAP Şabran rayon təşkilatında fəallarla görüş keçirilib
30 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının gərərgahında partiya fəalları ilə görüş keçirilib.
Görüş zamanı YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov müasir dövrdə sosial şəbəkələrin gündəlik həyatımızda və iş fəaliyyətimizdə mühüm rola malik olduğunu qeyd edərək, bu istiqamətdə Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələr barədə geniş məlumat verib.
Qeyd olunub ki, partiya fəalları müasir dövrün çağırışlarına uyğun olaraq sosial şəbəkələrdə aktiv olmalı, ölkəmizin milli maraqlarına uyğun mövqe nümayiş etdirməli, həmçinin gənclərimiz Partiya sıralarında bundan sonra daha da sıx birləşərək Möhtərəm Prezident cənab İlham Əliyevin dövlətimizin inkişafı naminə apardığı siyasətə dəstək verməlidir.
Sonda fəallarla görülmüş işlər və qarşıda duran prespektivlər haqqında fikir mübadiləsi aparıldı.
Son xəbərlər