Günorta saatlarında İkinci Fəxri xiyabanda dəfn olunacaqlar
Dərc olunub:
29-12-2024, 09:57
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Avrasiya.net xəbər verir ki, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanın dəfni dekabrın 29-u günorta saatlarında olacaq.
Son xəbərlər