star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək"

"2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək"2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Dövlətimizin başçısının bu qərarını başa çatmaqda olan 2024-cü ilin ən önəmli hadisələrindən, mühüm yekunlarından biri kimi qiymətləndiririk. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qanunauyğunluğun nəticəsidir. Konstitusiyamızın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizin 5-ci ildönümü məhz 2025-ci ilə təsadüf edir. Beləliklə, Ana Yasamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün baş qanunumuzun qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olması üçün əsaslı zəmin yaradır.

Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətçiliyimizin möhkəmləndirilməsi, genişmiqyaslı qanunvericilik və institusional islahatlarının aparılmasının əsasını təşkil edib. Prezident İlham Əliyevin sözügedən Sərəncamında vurğulandığı kimi 30-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.

Həmçinin Sərəncamda o da qeyd olunub ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Son 30 ildə keçib gəldiyimiz şərəfli yol və əldə etdiyimiz uğurlar, qələbələr bu arzumuzun gerçəkləşdiyini göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Konstitusiyamızın təntənəsidir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər