star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bibiheybət məscidində şəhid ailələri və qazilərlə görüş keçirilib

Bibiheybət məscidində şəhid ailələri və qazilərlə görüş keçirilib31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib. 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Bayramlar ərəfəsində keçirilən tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Qeyd edib ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik. 

Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu Şanlı Qələbəmizə görə biz ollara borcluyuq. 

Tədbirdə çıxış edən rəsmilər, şəhid ailələri üzvləri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci  Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər, qarşıdan gələn bayramlar münasibəti ilə hamını təbrik etdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər