BMT Baş Katibi Azərbaycana başsağlığı verdi
Dərc olunub:
Dünən, 09:19
BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Avrasiya.net xəbər verir ki, bu barədə katibin sözçüsü bəyanat yayıb.
"Baş katib, Qazaxıstanın qərbində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına səbəb olmuş təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir.
O, həlak olanların ailələrinə səmimi başsağlığı verir və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez bir zamanda tam sağalmasını diləyir,"- bəyanatda bildirilir.