Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - Rəsmi

Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - RəsmiAktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.

Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.

Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.

Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

Qeyd edək ki, daha öncə yayılan məlumatda sağ qalanlardan 14-nün Azərbaycan vətəndaşı olduğu bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər