star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Əziz Orucovun məhkəməsi başlayıb

Əziz Orucovun məhkəməsi başlayıb"Kanal 13"ün rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Avrasiya.net-in məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Əziz Orucovun vəkili Fəxrəddin Mehdiyev vəsatət verərək onun barəsində cinayət işinə xitam verilməsini xahiş edib.

Onun digər vəkili Bəhruz Bayramov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə heç bir vəsatətin təmin edilməməsini qərara alıb.

Məhkəmənin baxış iclası yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra 206.3.2-ci maddəyə xitam verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər