star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin, YAP-ın Sabunçu rayon təşkilatının, Bakı Gənclər Mərkəzinin, Sabunçu Gənclər Evinin, Respublika Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının, Sabunçu rayon 192 nömrəli tam orta məktəbin rəhbər şəxsləri və nümayəndələri, Vətən müharibəsi şəhidi Saleh Əliyevin valideynləri, qazilərin, eləcə də 310, 170, 72 nömrəli məktəblərin tarix müəllimləri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf edən tədbirin önəmindən söz açaraq təqdim edilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük önəm daşıdığını vurğulayıb. Q. Novruzov, Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyinin, həm hərbi qələbə, həm də ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra kitab haqqında hazırlanmış video-çarx təqdim olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov çıxış edərək kitabın ərsəyə gəlməsində və geniş oxucu kütləsinə təqdim olunmasında layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xüsusi rolunu qeyd edib. O, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi və yüksək rəhbərlik bacarığının bu kitabın yaranmasında ilham mənbəyi olduğunu bildirib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva kitabın yazılmasında əməyi keçən hər kəsə təşəkkür edərək, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı əvəzsiz rolunu vurğulayıb. O, kitabın yalnız tarixə maraqlı olanlar üçün deyil, həm də gənclər üçün mühüm dərs və ilham mənbəyi olacağını əminliklə qeyd edib.

Daha sonra tədbirdə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev, tarix müəllimi Raqif Məmmədov və digər tədbir iştirakçıları yeni çap edilən kitabın tarixi əhəmiyyətindən söz açaraq onun müharibə həqiqətlərinin və əldə edilən nailiyyətlərin gələcək nəsillərə düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər