star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

ADU-da Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıb

ADU-da Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıbADU-nun Pedaqogika kafedrasının nəzdində Beynəlxalq Açıq Elm və Təhsil Laboratoriyası açılmışdır.

Avrasiya.net xəbər verir ki, "ИнклюзиОN лаб" Rusiya Federasiyasının Maarif Nazirliyinin dövlət sifarişi əsasında yaradılmışdır. "Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları" adlı elmi-tədqiqat layihəsi çərçivəsində geniş elmi-tədqiqat fəaliyyəti həyata keçirilmiş, 600-ə yaxın tələbənin iştirakına şərait yaradılmış, beynəlxalq nüfuzlu jurnallarda elmi məqalələr dərc olunmuş, monoqrafiya, metodik tövsiyələr çap edilmiş, tələbələrimiz üçün Rusiya Federasiyası Çeçenistan Pedaqoji Universitetində "Xüsusi uşaqlıq, çağırışlar və perspektivlər" adlı tələbə konfransı keçirilmişdir.

Tələbələrimizin Çeçenistana səfəri zamanı çoxsaylı tədbirlər reallaşdırılmış, o cümlədən, dəyirmi masa, sərgi, müsabiqə, təlimlər təşkil edilmiş, layihə çərçivəsində Çeçenistanın əksər reabilitasiya mərkəzləri ilə tanışlıq olmuşdur. ÇDPU-nun professor-müəllim heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış, təlimlər keçirilmişdir. Habelə online və offline görüşlər, müzakirələr təşkil olunmuşdur. Layihə çərçivəsində ADU-da açılmış laboratoriya müasir avadanlıqlarla təchiz edilmişdir.

Açılışda ADU-nun rektoru akademik K.Abdullayev çıxış etmiş, qonaqları salamlamışdır. Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri, Rus Evinin rəhbəri, Azərbaycandakı Rus İcmasının nümayəndələri iştirak etmişdir. ADU-nun Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova qonaqları ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin, Rusiya Federasiyasının Maarif Nazirliyinin ilə yaradılmış Açıq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış etmiş, laboratoriyada yerləşdirilən və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, korreksiyası məqsədilə istifadə olunan avadanlıqlar - Səs qoyuluşu və artikulyasiya gimnastikası üçün loqopedik trenajor, Eşitmə məhdudiyyətli şəxslər üçün xüsusi qurğu, Görmə məhdudiyyətli şəxslər üçün mətni skan edən və oxuyan qurğu haqqında ətraflı məlumat vermişdir.

Vurğulamışdır ki, həmin resurslar həm təlim prosesində, həm də xüsusi təlim ehtiyacları olan tələbələrin korreksiyasında, cəmiyyətə inteqrasiyası istiqamətində istifadə ediləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər