Bakıda beynəlxalq konfrans: Cinayət hüququ müzakirə olunur

Bakıda beynəlxalq konfrans: Cinayət hüququ müzakirə olunurBakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Ölkə.Az xəbər verir ki, konfransda çıxış edən Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti professor İlham Rəhimovun sözlərinə görə, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də, Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya və Bolqarıstandan nüfuzlu hüquqşünas alimlər iştirak edir.

"Ümumilikdə 12 dövlətdən 39-dan artıq nümayəndə iştirak edir",-o qeyd edib.

Tədbirin əhəmiyyətindən danışan Rəhimov bildirib ki, yeni reallıqlar cinayət hüququna yeni yanaşmalar zəruri edir. "Konfransda yeni reallıqlara uyğun cinayət hüququna və fəlsəfəsinə yeni baxışlar, yanaşmalar, buna uyğun olaraq hansı addımların atılması kimi məsələlər müzakirə olunacaq",-Rəhimov qeyd edib.

Konfransda Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, professor Lopaşenko Natalya Aleksandrovna “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz hadisələr haqqında düşüncələr”, professor Xanlar Ələkbərov
“Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda çıxış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər