Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı

Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardıAli Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü "12-ci imam" kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş "12-ci imam" kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.

Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "Hyundai Santa Fe" minik avtomobilindən gedir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər