"Bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur"

"Bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur"“Bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə onları təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.

Həmçinin çıxışlarına görə, Milli Məclsiin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova və maliyyə naziri Samir Şərifova təşəkkür edirəm. Samir müəllimin qeyd elədiyi bütün dəyişiklikləri, o cümlədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasına görə, mütərəqqi sayıram, təqdir edir və dəstəkləyirəm.”.

Avrasiya.net xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğunda siyasi partiyalar, qeyri hökumət təşkilatları və medianın rolu əvəzsizdir: “Bu gün ölkmizə qarşı aparılan bütün böhtan və qarayaxma kampaniyasına qarşı onlar dayanır və bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur. Bütün bunları nəzərə alaraq, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün maliyyə vəsaitinin artırımasına görə, həm cənab Prezidentə, həm də Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər