Azər Allahverənov Zabratda vətəndaşları qəbulu edib
Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbulda iştirak edən zabratlılar sosial rifahının yaxşılaşdırılması, bəzi məhəllələrdə küçələrin asfaltlanması, məşğulluq imkanlarının artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.
Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər göndəriləcəkdir.
Müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.