Burada Sizin reklam ola bilər!

Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldü

Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldüTəcili Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.

"Unikal"ın məlumatına görə, bir neçə gün bundan əvvəl Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova ölüb.

Qeyd edək ki, həmin gün Astaradan Lənkərana gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşmuşdu. Qəza nəticəsində, Təcili Tibbi yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunmuşdu. Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Onu da bildirək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər