Bakıda çağırışa gedən həkimi döydülər
Dərc olunub:
10-12-2024, 04:27
Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, çağırışa gedən həkim Mətin Arif oğlu Səmədov xəstənin yaxınları tərəfindən döyülüb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Fakt araşdırılır.