"Abzas Media": Onların işi Ağır Cinayətlərə göndərildi
Dərc olunub:
4-12-2024, 18:02
"Abzas Media" işində təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, onlar barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.