Burada Sizin reklam ola bilər!

Şirvanda xəstəxanada həkim döyüldü

Şirvanda xəstəxanada həkim döyüldüŞirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dəmir Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Avrasiya.net "Pravda.az"a istinadən xəbər verir ki, hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilib.

İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

Belə ki, Dəmir Səfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Mahir Fərəcovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Mahir Fərəcovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Dəmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.

Hadisədən sonra Dəmir Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər