Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
Dərc olunub:
4-12-2024, 10:29
Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.
1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.