Burada Sizin reklam ola bilər!

Qazaxıstan və Azərbaycan elm və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirirlər

Qazaxıstan və Azərbaycan elm və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirirlərQazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevlə görüş keçirib.

Bu barədə Avrasiya.net-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Görüş zamanı elm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər, bağlanan sazişlər və əməkdaşlıq haqqında memorandumları əsasında həyata keçirilən ikitərəfli əlaqələrin inkişafının artan xarakterini vurğulayıblar. Bu kontekstdə dövlət, universitet qrantları və müxtəlif təqaüd proqramları çərçivəsində tələbə mübadiləsinin aktivləşdirilməsi üçün birgə səylər vurğulanıb.

Səfir Bayel Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin sayının artdığını bildirib. O, gənclərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini ifadə edib və Qazaxıstanın da Azərbaycandan daha çox abituriyenti qəbul etməyə hazır olduğunu vurğulayıb.

Öz növbəsində, Nazir Əmrullayev Nazarbayev Universitetinin imkanları və Qazaxıstandakı qabaqcıl universitetlərin səviyyəsi onda böyük təəssürat yaratdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin düzgün məlumatlandırılması ilə Qazaxıstan universitetlərində təhsil alan azərbaycanlıların sayı dəfələrlə artacaq.

Tərəflər aşağıdakı birgə addımları həyata keçirmək barədə razılığa gəliblər:
– Bakıda QR-nın ali təhsil müəssisələrinin Azərbaycan gəncləri arasında tanıdılmasının artırılması məqsədilə Qazaxıstan-Azərbaycan təhsil sərgisinin keçirilməsi;
– Qazaxıstanın professor-müəllim heyətinin təcrübə mübadiləsi məqsədilə Azərbaycanın universitetlərinə göndərilməsi;
– Birgə elmi tədqiqatların aparılması məqsədilə Qazaxıstan-Azərbaycan elmi fondunun yaradılması.

Bundan əlavə, E. Əmrullayev Bakıda Qazax Tələbələri Assosiasiyasının fəaliyyəti və türk dövlətlərinin gənclər assosiasiyasının yaradılması planları ilə tanış olub.

Cavid

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər