Burada Sizin reklam ola bilər!

QHT İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə verib

QHT İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə veribAzərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı” layihəsini icra edib.

Layihədə iki istiqamətdə fəaliyyətlər nəzərdə tutulub: maarifləndirici nəşr, eləcədə əyani maarifləndirmə işinin aparılması.

Layihə çərçivəsində nəşr edilən kitabçada (ingilis dilində) iqlim dəyişikliyinin aradan qaldırılması və ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində zəruri səylər, Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraitinin unikallığı, flora və faunası barədə mühüm məqamlar, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklər və bu istiqamətdə icra olunan layihələr; Qarabağın 30 illik işğalının ekoloji fəsadları – ekoloji terror barədə zəruri məlumatlar yer alıb. Eyni zamanda COP29 ərəfəsində tələbə gənclər üçün təlim kursları təşkil edilib.

Təlimlər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində fəal tələbə gənclərin iştirakı ilə baş tutub. Layihəyə cəlb edilmiş ekspert, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov gənclərlə COP29-un əhəmiyyəti, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə rolu  və sair bu kimi zəruri maarifləndirmə işi aparmış, ümumilikdə 105 gənc ölkəmizə səfər edən xarici gənclərlə ünsiyyət və ölkəmzin təbliği üçün  tam məlumatlandırılıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər