DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var!
Dərc olunub:
29-11-2024, 01:18
Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
Avrasiya.net-in Bakupost.az-a istinadən məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb