Sizin Reklam Burada

"COP29-un MDB məkanında ilk olaraq Bakıda keçirilməsi Azərbaycanın yüksək nüfuzunun göstəricisidir"

"COP29-un MDB məkanında ilk olaraq Bakıda keçirilməsi Azərbaycanın yüksək nüfuzunun göstəricisidir"BMT-nin beynəlxalq COP 29 tədbirinin ölkəmizdə keçirilməsi dünya birliyində Azərbaycanın artan rolundan və artan önəmindən xəbər verir. Son illərdə Azərbaycanın yüksək inkişaf yolunda addımlaması və mövcud dünyaya öz mütərəqqi töhvəsini verməsi‚ beynəlxalq birliyin və beynəlxalq siyasi və hümanitar təşkilatların işində göstərdiyi dəstəklərə‚ beynəlxalq və regional terrorizmə və cinayətkarlığa qarşı ölkəmizin effektiv mübarizəsindən‚ dünyadakı sülhə və əmin-amanlığın bərqərar olmasına göstərdiyi dəstək və misilsiz töhvələri və bir çox hallar məhz BMT-nin İqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq COP 29 tədbirinin Azərbaycanda keçirilməs səbəblərindəndir ki‚ Azərbaycanın dünya səviyyəsində sürələ artan nüfuzu və önəmi‚ ölkəmizin qlobal miqyasda dünyanın aparıcı dövlətəri ilə müqayisə olunacaq səviyyədə inkişafı‚ beynəlxalq platformalarda daim nümunəvi ölkə olaraq tanınması bir çox məkrli qüvvələri‚ ermənipərəst dairələri və anti-Azərbaycançı mərkəzləri ciddi narahat etməkdədir ki‚ onlar COP 29 tədbirinin Azərbaycanda keçirilməsi əleyhinə çalışdılar və bunun üçün dəridən-qabıdan çıxdılar. COP 29-un məhz Azərbaycanda keçirilməsinə qarşı bəyənatlar səsləndirənlər‚ və Azərbaycan əleyhinə çağırışlar və çıxışlar edən revaşist və avantürist mərkəzlər həmçinin mövcud dünya üçün də qlobal təhlükədir.

Azərbaycan hər zaman dünya birliyinin bütün mütərəqqi işlərində canla başla iştirak edib və hər zaman nümunəvi addımlar atıb. Bunun üçün dünya birliyindən Azərbaycanın özünəməxsus yeri və önəmi vardır. Məhz ölkə başçısı cənab İlham Əliyevin bütün addımları və təşəbbüsləri dünyada bir qaydaya‚ tendensiyaya və dünya idarəçiliyində beynəlxalq təşkilatların prinsip və iş mexanizmalarına çevrilir. Azərbaycan prezidenti hər zaman dünyada təhlükəsizliyin‚ əmin-amanlığın və qanunçuluğun qorunması‚ şəffaflığın təmin edilməsi istiqamətində fikirlər səsləndirib və hər zaman xarici siyasətdə məhz bu istiqamətdə çalışıb.

Daim tolerantlıq siyasəti yeridilib və ölkəmizdə multikultural dəyərlər qorunub. Azərbaycan dövləti hər zaman ekologiyanın qorunmasında da dünya birliyinə öz töhvəsini verib. Ölkəmizdə hər zaman yaşıllıqlar‚ flora və fauna ən yüksək səviyyədə qorunur və prioritet dövlət siyasətinə daxildir. Həmçinin hər il ölkəmizdə dövlət proqramı çərçivəsində yüz minlərlə ağaclar‚ müxtəlif növ bitgilər əkilir‚ yeni-yeni yaşıllıqlar‚ meşə zolaqları salınır‚ çaylar və göllər tullantılardan təmizlənir və tullantılardan qorunur. Əlamətdar günlərdə daim yaşıllığın salınmasına və qorunmasına həsr olunmuş tədbirlər‚ iməciliklər və müxtəlif kampaniyalar‚ ağacəkmələr aksiyası həyata keçirilir.

Bütün bunlar ekologiyaya və faunaya çox ciddi müsbət təsir edən amildir. Müasir dövlətimiz qurulan zaman ölkəmizdə hələ xalqımızın ümummilli lideri‚ ulu öndər Heydər Əliyev tərəfindən hər zaman yaşıllığın qorunmasına‚ ağacların əkilməsinə və bütünlüklə təbiətin mühafizəsinə çox ciddi diqqət yetirilmiş‚ bu gün isə cənab İlham Əliyev tərəfindən meşə zolaqlarının və yaşıllığın salınması və qorunması‚ təbiətin mühafizəsi‚ su hövzələrinin çirklənməsinin qarşısının alınması istiqamətində çox ciddi və məqsədyönlü siyasət aparılır və dövlətimiz tərəfindən məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən başlayaraq bu günümüzə qədər‚ məhz 30 ildir ki‚ bu sahədə çox ciddi əməli işlər aparılır. Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya nümunə olan əməli addımlar atır.

Amma və lakin ürək ağrıdan haldır ki‚ torpaqlarımız Ermənistanın işğalında olduğu 30 il ərzində oradakı bütün flora və fauna dağıdılmış‚ meşələr‚ yaşıllıqlar və bütün bitgi örtüyü məvh edilmiş‚ torpaqlarımızda ancaq hərbi istehkamlar‚ terror ocaqları yaradılmış‚ çaylara və su hövzələrinə çox zəhərli tullantılar axıdılmış‚ təbiətə‚ flora və faunaya çox ciddi və ağır zərər vurulmuşdur. Xüsusən Ermənistanın Metsamor atom stansiyası hal-hazırda təbiətə və faunaya çox ağır zərər vurmaqda‚ bitgi örtüyünü və atmosferi zəhərləməkdədir. Metsamorun havaya və atmosferə ifraz etdiyi zəhər və radiasiya külli miqdardadır və ətraf mühitin bütün təbiətini‚ atmosferini‚ flora və faunasını məhv etməkdədir. Ermənistan su hövzələrindəki və meşələrdəki canlıları da məhv edir. 30 il ərzində işğal altındakı Azərbaycan torpaqlarında bu cür əməllər törətməklə nəinki Azərbaycan‚ həmçinin dünya üçün təhlükə mənbəyinə çevrilmişdir. Azərbaycan torpaqlarının 30 il ərzində işğalda olduğu müddətdə Azərbaycana məxsus bütün yaşıllıqlar və bitgi örtüyü məhv edilmiş və meşələr kəsilərək müxtəlif biznes məqsədləri üçün aparılmışdır.

Ermənistan işğal etdiyi torpaqlardan çıxarkən evləri‚ meşələri və bitgi örtüyünü yandırıb məhv edərək Azərbaycana maddi və mənəvi zərər vurmaqla bərabər dünya ekologiyasına bütünlükdə faunaya və təbiətə sarsıdıcı zərbə vurmuşdur ki‚ bu da iqlim dəyişikliklərinə ciddi təsir gəstərən faktordur. Hazırda bütün dünyanın Bakıda müzakirə etməli olduğu məqamlardan biri də Ermənistanən törətdiyi eko-fəlakətlərlə‚ flora və faunanın məhv edilməsi məsələsidir. Ermənistana bu eko-fəlakətləri və eko-faciələri törətməkdə havadarlıq edənlər‚ Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə məhz ermənilərin əlilə Azərbaycan ərazilərinin talanmasını‚ meşələrimizin kütləvi kəsilməsini və təbii sərvətlərimizin talanmasını həyata keçirən və torpaqlarımızın bitgi örtüyünü məhv edən edən şirkətlər məhz Fransa və qonşu İran şirkətləri olub. Fransa və İran şirkətləri 30 ilə yaxın torpaqlarımızın bütün resurslarını talamaqla və faunanı‚ yaşıllıq və bitgi örtüyünü məhv etməklə‚ ağaclarımızı‚ meşə zolaqlarımızı kütləvi kəsib istismar etməklə və ekologiyanı zəhərləməklə‚ Azərbaycan iqtisadiyyatına 100 milyardlarla dollar həcmində zərər vurmuşlar və atmosferə və dünyanın ekoloji vəziyyətinə və iqlim dəyişikliyinə səbəb olacaq toksikolioji hal yaradan fəaliyyətlə məşğul olmuşlar.

Hansı ki‚ talanan təbii ehtiyatlar məhv edilən bigi örtüyü bir daha bərpa olmayacaq və yenisi ilə əvəzlənməyəcək. Amma Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra ermənilərin 30 il işğalda saxladığı talanan‚ bitgi örtüyü və yaşıllığı məhv edilən bu torpaqlarda canlanma başladı və hal-hazırda Qarabağda dövlətimiz tərəfindən aparılan abadlıq‚ bərpa və quruculuq işləri çərçivəsində işğaldan azad edilmiş torpaqlaqda yaşıllıqlar və meşə zolaqları salınır‚ bitgi örtüyü bərpa edilir‚ ekologiya 30 ilin tullantılarından təmizlənir‚ atmosferin çirklənməsinin qarşısı alınır‚ floraya yenidən həyat qayıdır. Qarabağı işğaldan azad etməklə həmçinin Azərbaycan erməni işğalında 30 il qalan və ekologiyası məhv edilmiş bu torpaqların eko-iqliminə sözün həqiqi mənasında həyat bəxş etmişdir.

Bu gün BMT-nin COP 29 sammitinin Azərbaycanda keçirilməsinə qarşı və boykot olunmasına mənfur çağırışlar edənlər ermənilərin 30 ilə yaxın Azərbaycan torpaqlarını talamasında və Qarabağda eko-fəlakətlər törədilməsində Qarabağın ekologiyasının və təbiətinin məhv edilməsində əli və bilavasitə iştirakı olan məkrli qüvvələrdir ki‚ Azərbaycanın COP 29 kimi dünyanın ən böyük və qlobal bir mötəbər tədbirinə ev sahibliyi etməsindən ciddi narahatlıq hissi keçirirlər və onlar əslində dünyada iqlim dəyişikliyinə həsr olunmuş bu mötəbər tədbiri boykot etməyə çalışmaqla BMT-nin bu əhəmiyyətli proqramını iflic etməyə və boykot etməyə çalışırlar. Boykota çağırış edənlər isə Ermənistanın havadarları‚ xüsusən Fransadır ki‚ onlar da ermənilərlə birgə Qarabağın dağıdılmasında‚ ekologiyasının və təbiətinin məhv edilməsində‚ Azərbaycanın təbii sərvətlərinin talanmasında‚ meşələrin və yaşıllıqların məhvində iştirak ediblər. Bu səbəbdən COP 29 sammitinin Azərbaycanda keçirilməsi əleyhinə açıq çağırışlar edərək mənfur niyyətlərini göstərdilər və həmçinin Ermənistana da bu sammitdə iştirak etməyə yol vermədilər.

Dr. Mirsamir Məmmədov

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər