Sizin Reklam Burada

Elm və Təhsil Nazirliyi bir qrup Boradigah sakininin müraciətinə cavab verib

Elm və Təhsil Nazirliyi bir qrup Boradigah sakininin müraciətinə cavab veribElm və Təhsil Nazirliyi bir qrup Boradigah sakininin Nizami Gəncəvi adına 1 saylı orta məktəbin qəzalı vəziyyətdə olmasıyla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə etdiyi müraciətə cavab verib.

Nazirliyin müracətə cavab olaraq verdiyi açıqlamada bildirilir ki, 2020-2021-ci illərdə Masallı rayonu Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbin idman və akt zalının (əlavə korpusda) dam örtüyünün əsaslı təmirinin aparılması üçün söküntü işlərinə başlanılan zaman binanın yükdaşıma gücünün zəif olduğu aşkarlanaraq işlər dayandırılıb.

Bununla bağlı binanın (hər iki korpus) müayinəsi üçün müvafiq qurumlara müraciət olunmuş və məktəb binasının qəzalı olduğuna dair müvafiq rəy verilmişdir. Verilmiş rəyə uyğun olaraq məktəb binasının sökülərək yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Hazırda 624 şagird yerlik tam orta məktəbin layihələndirməsi başa çatıb.

Təhsil müəssisəsinin tikintisi məsələsinə növbəti illərin dövlət investisiya proqramı çərçivəsində baxılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər