29 yaşlı oğlan dəm qazından boğulub öldü
Dərc olunub:
Dünən, 13:04
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.