Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Dərc olunub:
19-11-2024, 10:14
Azərbaycanda İran vətəndaşı itkin düşüb.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Məcis Əli oğlu Purcəfər (Majid Ali oğlu Pourjafar) iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Araşdırma aparılır.
Son xəbərlər
