Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası

Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havasıNoyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə, axşam isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı- ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər