Anasının yasına gedən kişi özünü güllələdi
Dərc olunub:
Dünən, 17:18
Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Avrasiya.net APA-ya istinadla xəbər verir ki, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Rövşən Tarverdiyev intihara cəhd edib və bu səbəbdən də odlu silahdan öz qarın nahiyəsinə atəş açıb.
Hadisənin hansı səbəbdən törədilməsi məlum deyil.
Faktla bağlı araşdırma gedir.