COP29-a görə 10 minə yaxın QHT nümayəndəsi ölkəmizə gələcək
Dərc olunub:
14-11-2024, 14:38
COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir. Bunu nəzərə alaraq Milli QHT Forumu COP29-un keçirildiyi günlərdə qeyri-hökumət təşkilatları və xarici partnyorlarla birlikdə 50-yə yaxın tədbir icra edəcək.
Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.
Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin artıq dördüncü günü olduğunu diqqətə çatdıran Aygün Əliyeva əlavə edib ki, bu proseslərdə QHT-lər dövlətlərdən sonra iştirakçılığı təmin edən ikinci ən böyük təsisatlardır.