Sizin Reklam Burada

"Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir"

"Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir"Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız milli qürurumuzdur. Bu gün Azərbaycan xalqının öz bayrağına olan bağlılığı, sevgisi məhz, o bayrağın tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən qaynaqlanır. Çünki bayrağımız milli vəhdətimizin rəmzidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Dövlətçiliyimizin, milli, mənəvi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram dövlət başçımız tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı. Məhz, ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır. Ulu Öndər Heydər Əliyev demişdir: «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir»

K.Bayramov diqqətə çatdırıb ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Bu gün ən yüksək zirvələrdə dalğalanan, qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalanır. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və Azərbaycan öz suverenliyini bərpa etdi.
Ötən il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq.

K.Bayramov əlavə edib ki, İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı. Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Müzəffər Ali Baş Komandanmızın qeyd etdiyi kimi «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir». Göründüyü kimi, cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik duyğularının, milli maraqlarımız uğrunda mübarizə əzminin yüksəlişi onu deməyə əsas verir ki, xalqımızın ürəyi döyündükcə, milli bayrağımız da dalğalanacaqdır.-deyə Kamran Bayramov fikrini tamamlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər