DGK yanında İctimai Şuranın növbəti iclası keçirilib
Dərc olunub:
7-11-2024, 18:15
Noyabrın 6-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Avrasiya.net xəbər verir ki, İctimai Şura üzvləri öncə vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra İctimai Şuranın sədri Ramil Əliyev gündəlikdə duran məsələlərlə bağlı şura üzvlərinə məlumat verib. İlk növbədə 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi qələbədən, qəhrəman oğullarımızın şücaətindən, Ali Baş Komandanın qətiyyətli siyasətindən, COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışılıb.
Sonra İxtimai Şura üzvlərinin təklifləri dinlənilib və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.